1
      JURNALİSTLƏRİN HƏMKARLAR İTTİFAQI  
    menu1 menu2 menu3 menu4    
   
En
Ana səhifə
Xəbərlər
Proyektlər
Həmkarlar qəzeti
Qanunvericilik
Beynəlxalq əlaqələr
Linklər
Haqqımızda
Əlaqə
Axtarış

Müəllif hüquqları qorunur

BAKI-2007

 
Üzv olduğumuz beynəlxalq təşkilatlar
IFEX
 
IFJ
 

JuHİ 1997-ci ildə bir qrup jurnalist tərəfindən qurulub və 2000-ci ilin 28 mart tarixində Azərbaycanın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Hazırda öz sıralarında 152 nəfər jurnalisti birləşdirən JuHİ bir sıra beynəlxalq qurumların üzvü kimi dünyanın hər tərəfində fəaliyyət göstərən jurnalist qurumları ilə sıx əlaqə saxlayır.

Təşkilatın əsas məqsədi və fəaliyyət istiqamətləri: JuHİ-nin əsas məqsədi öz Nizamnaməsinə uyğun olaraq KİV-də çalışanların sosial, iqtisadi və əmək hüquqlarının qorunması, həmçinin, söz və mətbuat azadlığının inkişafına yardım etməkdir. Buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman KİV-də baş verən münaqişələrin çözümü üçün müdaxilə edir. Eyni zamanda məqsədə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat zorakı mübarizə üsullarını rədd edir, öz fəaliyyətində həmişə dinc müzakirəyə üstünlük verir. Qanunçuluğu əsas tutan JuHİ bu yöndə jurnalistlərin maarifləndirilməsi üçün bir neçə böyük layihə də həyata keçirmişdir. Qurum siyasi partiya və siyasi təmayüllü qurumlarla heç bir iş birliyi etmir və gələcəkdə də etməyi planlaşdırmır.

Beynəlxalq fəaliyyət: JuHİ Azərbaycanın tək jurnalist qurumudur ki, üç nüfuzlu beynəlxalq qurumda təmsil olunub. Bunlar baş qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (www.IFJ.org), Torontoda (Kanada) yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi (www.IFEX.org) və yenə də Brüsseldə yerləşən Beynəlxalq Xəbər Təhlükəsizliyi Qurumudur. JuHİ həm də son ikisinin rəhbər orqanlarında təmsil olunur.

İKT-dən istifadə və Azərbaycan tanıdılması: JuHİ ölkənin ilk jurnalist qurumudur ki, hələ 1998-ci ildən özünün İnternet səhifəsi istifadəyə verilib. Eyni zamanda JuHİ ölkənin başqa QHT-lərinə də bu istiqamətdə yardım edib və etməkdədir. Biz jurnalistlərin beynəlxalq əlaqələrinin qurulmasında İKT-dən geniş istifadə edirik. Ölkəmizin və jurnalistikamızın tanıdılmasında da məhz İKT-nin böyük imkanlarından istifadə edirik.

Ölkənin başqa jurnalist qurumları ilə iş birliyi: JuHİ öz fəaliyyətinə uyğun olaraq başqa qeyri-hökumət təşkilatları ilə iş birliyinə üstünlük verir. Bu baxımdan ölkənin tanınmış jurnalist təşkilatları olan Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Konfederasiyası, “Yeni Nəsil” Jurnalistlər Birliyi, RUH Jurnalistləri Müdafiə Komitəsi, Demokratik Jurnalistlər Liqası və s. ilə birlikdə çalışırıq. Eyni zamanda JuHİ Mətbuat Şurasının qurucu üzvlərindəndir.

Sosial-iqtisadi hüquqların qorunması, bu sahədə maarifləndirmə işi aparılması yönündə JuHİ Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə əməkdaşlıq edir.

JuHİ-nin fəaliyyət tarixindən bəzi məqamlar

Beynəlxalq fəaliyyət: Artıq JuHİ bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ- http://www.ifj.org), mərkəzi ofisi Torontoda (Kanada) yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsinin (İFEX – http://www.ifex.org) və yenə də Brüsseldə yerləşən Beynəlxalq Xəbər Təhlükəsizliyi Qurumunun üzvüdür. JuHİ-nin təşəbbüsü ilə İFEX-in 11-ci illik toplantısı 2004-cü ilin iyun ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir. Bu vaxta qədər beynəlxalq jurnalist təşkilatlarının Azərbaycanda bu səviyyəli tədbiri keçirilməyib. Tədbirin uğurlu alınması ölkədə jurnalist ictimaiyyətində ciddi əks-səda doğurmuşdur.

Nüfuzlu beynəlxalq təşkilatlara üzv olub onların təcrübəsini əxz edən JuHİ əldə etdiyi təcrübəni ölkə və region jurnalistləri arasında yayır. İndi JuHİ beynəlxalq təşkilatların Orta Asiya və Cənubi Qafqazla bağlı fəaliyyətində yardımına arxalandığı yeganə təşkilatdır. JuHİ-nin layihəsi və təşkilatçılığı, Beynəlxalq Mətbuat İnstitunun dəstəyi ilə 2003-cü ilin mart ayında Orta Asiya- Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN- www.cascfen.org) yaranıb ki, bu da öz tərkibində Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərindən 8 jurnalist təşkilatını birləşdirir. CASCFEN-n fəaliyyəti ötən dövrdə kifayət qədər uğurlu olub. Onun fəaliyyəti 2004-cü ildə Beynəlxalq Mətbuat İnstitutu (İPİ) tərəfindən “Azadlıq Forumu” nominasiyası ilə dəyərləndirilib.

Ölkə daxilində fəaliyyət: JuHİ-nin əsas məqsədi öz Nizamnaməsinə uyğun olaraq KİV-də çalışanların sosial, iqtisadi və əmək hüquqlarının qorunması, həmçinin söz və mətbuat azadlığının inkişafına yardım etməkdir. Buna nail olmaq məqsədilə JuHİ müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman KİV-də baş verən münaqişələrin çözümü üçün müdaxilə edir.

JuHİ-nin təşkilatçılığı, ABŞ səfirliyinin maliyyə yardımı ilə 1998-ci ildə “KİV və insan haqları” mövzulu seminar keçirilmişdir. 2001-ci ildə isə yenə də JuHİ-nin təşkilatçılığı və “Avrasiya” fondunun maliyyə dəstəyi ilə “Əmək qanunvericiliyi və KİV işçilərinin əmək hüquqlarının qorunması” mövzulu seminarlar keçirilmişdir. Hər biri altı ay davam edən seminarlarda 25 KİV-dən eyni sayda jurnalist iştirak etmişdir. Onlar əmək qanunvericiliyi sahəsində maarifləndirilmiş, sertifikat almışlar. JuHİ bu yönlü fəaliyyətini 2003-2005-ci illərdə də davam etdirmişdir. 2005-ci ilin may-avqust aylarında JuHİ, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun- “Soros”- maliyyə dəstəyi ilə Azərbaycanın regionlarında yerləşən kütləvi informasiya vasitələri işçiləri arasında “Həmkarlar ittifaqı fəallarına praktiki yardım” proqramını həyata keçirmişdir. 05.01.2005-08.01.2005 tarixini əhatə edən proqramın məqsədi regionlarda həmkarlar ittifaqı quruculuğuna stimul vermək, bu sahədə olan təşəbbüsləri dəstəkləmək olmuşdur.

JuHİ əmək mübahisələri sahəsində daxil olmuş bütün müraciətlərin araşdırılıb həll edilməsi üçün çalışmışdır. Bu sahədə olan müraciətləri operativ həll etmək üçün 2003-cü ilin mart ayından etibarən JuHİ daxilində xüsusi departament yaradılmışdır.

2004-cü ildən etibarən sosial iqtisadi proseslərin geniş ictimaiyyətə çatdırılması üçün JuHİ ayda bir dəfə təşkilatın açıqlamasını yayır.

2003-cü il Azərbaycanda seçki ili olmuşdur. Artıq ənənə halını alıb ki, hər dəfə seçki ərəfəsində azad mətbuata və azad fikirli jurnbalistlərə qarşı xüsusi təqib kampaniyası həyata keçirilir. 2003-cü il prezident seçkisində də belə hal təkrarlanmışdır. Təqiblərin nəticəsi olaraq 3 məşhur müxalif qəzet müvəqqəti, 4 qəzet redaksiyası birdəfəlik fəaliyyətini dayandərmaq zorunda qalmışdı. Nəticədə 80 nəfər jurnalist, texniki heyətlə birlikdə isə 200 nəfər KİV işçisi işsiz qalmişdı. Bilavasitə JuHİ-nin iştirakı ilə həmən jurnalistlərdən 30 nəfəri ayrı-ayrı redaksiyalarda işlə təmin olunmuşdu.

Bundan əlavə həmən il təqribən 70 nəfərə yaxın jurnalist müxalifətin keçirdiyi aksiyalardan reportaj hazırlayarkən həbs edilmişdi. JuHİ onların həbsdən azad edilməsi üçün Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) və Beynəlxalq Söz Azadlığı Mübadiləsinə (İFEX) müraciət etmişdi. Həmin təşkilatların Azərbaycana nümayəndə heyətləri gəldi. Bu yardım baş tutdu və jurnalistlər azad edildilər.

Seçki prosesləri dövründə jurnalistlərə seçki prosesindən materiallar hazırlamaq vərdişlərinin aşılanması, seçki prosesindən yazan jurnalistlərin fəaliyyətlərinin məhdudlaşdırılmasının qarşısının alınması üçün JuHİ bir sıra proqramlar həyata keçirmişdir.

2003-cü ildə bu sahədə operativ və səmərəli iş aparılması üçün AJK nəzdində Media Seçki Mərkəzi (MSM) yaradılmışdır ki, MSM-in əlaqələndirici funksiyası DJL sədri Yadigar Məmmədliyə, icraçı direktor funksiyası isə JuHİ sədri Müşfiq Ələsgərliyə həvalə edilmişdir. Fəaliyyət uğurlu oldu. Jurnalistlərlə seminarlar keçirildi, hüququ pozulan jurnalistlərə yardım göstərildi. JuHİ bu sahədə fəaliyyətini sonradan Seçki Monitorinq Mərkəzi (SMM) tərkibində davam etdirmişdir. 2004-2005-ci illədə JuHİ təmsilçisi Seçki Monitorinq Mərkəzinin (SMM) media proqramına rəhbərlik etmişdir.

Söz azadlığının qorunması və inkişaf etdirilməsi üçün JuHİ ölkədə fəaliyyət göstərən bütün jurnalist təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi təşəbbüsü ilə çıxış etmiş, nəticə olaraq 2001-ci ilin yanvar ayında Azərbaycan Jurnalislər Konfederasiyasının (AJK- www.ajk.org ) qurulmasına nail olmuşdur. Hazırda AJK-da 11 jurnalist təşkilatı birləşir. AJK-nın icra strukturuna- baş katiblik postuna uzun müddət JuHİ təmsilçisi rəhbərlik etmişdir.

JuHİ hal-hazırda daxili strukturlarını möhkəmləndirmək, regionlarda ilk təşkilatlar qurmaq və həmçinin, azad, müstəqil həmkarlar ittifaqı quruculuğu sahəsində təcrübəni, məlumatları yaymaqla məşğuldur.

Bu isə öz növbəsində JuHİ qarşısında əlavə məsuliyyət yaradır. Belə ki, Jurnalistlərin Həmkarlar İttifaqı təkcə KİV işçilərinin yerli həmkarlar təşkilatlarının quruculuğu ilə məşğul olmamalı, eyni zamanda, bütün ölkədə müstəqil həmkarlar ittifaqı quruculuğu sahəsində maarifləndirmə işi aparmalı, öz təcrübəsini başqa sahələrdə də yaymalıdır. İstər azad, müstəqil həmkarlar ittifaqı təşkilatı qurmağın yolları barədə bilgiləri yaymaq, istərsə də ölkədə sosial-iqtisadi sahədə baş verən prosesləri qiymətləndirmək, vətəndaşları maarifləndirmək sahəsində əsas məsuliyyət yeganə müstəqil həmkarlar ittifaqı olaraq JuHİ-nin üzərinə düşür.

Bu sahədə işlərin uğurlu alınması üçün JuHİ geniş maarifləndirmə işi aparır. Hazırda JuHİ “Həmkarlar” qəzetinin nəşrini həyata keçirir ki, onun səhifələrində yuxarıda qeyd olunan sahələrdə materiallar dərc olunur.

JuHİ heç bir siyasi təşkilatla əməkdaşlıq etmir.

   
Həmkar

YENİ TELEKANAL AÇILACAQ

“Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə Rusiyanın RTR telekanalının tezliyində “Mədiyyət” TV yayımlanacaq. Efirə cıxacaq yeni telekanala Mehriban Ələkbərzadə başçılıq edəcək.

Azadlıq

AVROPA BİRLİYİ HƏBSDƏ QALAN ÜÇ JURNALİSTİ AZAD ETMƏYƏ ÇAĞIRIB

Avropa Birliyi Azərbaycanda 119 məhbusun, o cümlədən 5 jurnalistin əfvi haqqında aktla bağlı bəyanatla çıxış edib.
Birlik beş jurnalistin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə azad edilməsini alqışlayıb. Qurumun bəyanatında prezidentin fərmanı Azərbaycanın mətbuat azadlığı sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi istiqamətində müsbət addım kimi qiymətləndirilib.


Çəkişmə

KİV-ə DÖVLƏT DƏSTƏYİ KONSEPSİYASININ MÜZAKİRƏSİ BAŞA ÇATIB

Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi konsepsiyasını hazırlayan işçi qrupun iclası keçirilib. İclasda KİV-in çapı və yayımı zamanı yaranan problemlər, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması və onların qarşısına çıxan problemlər üzrə müzakirələr aparılıb.
 
 
Əcnəbi dil məsələsində güzəşt olacaq

Milli Televiziya və Radio Şurasında ölkədə fəaliyyət göstərən teleşirkət rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Ölkədə «RUSDİLLİ QƏZET və SAYTLAR BAĞLANMASI” təklifi gündəmdədir

İctimaiyyət Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 1-dən ölkə telekanallarında əcnəbi dillərdə, o cümlədən rus dilində yayımlanan film və proqramlara qadağa qoymasını müzakirə etməkdəykən, fikirlər haçalanmaqdaykən «525-ci qəzet»dən kəskin təklif gəlib. Qəzetin 10 yanvar sayında yer almış baş yazının (manşetin) sərlövhəsi baltanı kökündən vurur: «Rusdilli qəzet və saytlar bağlanmalıdır».


 

   
09/01 11:49 RTR-in Azərbaycanda yayımının dayandırılmasına Rusiya tərəfi hər hansı reaksiya verməyib

   
09/01 11:46 “Müxalifət”çilər bəraət almadılar

   
09/01 11:45 Xarici dildə film yayımlayan kanal cəzalandırıldı

   
09/01 11:43 “NOTA BENE” QƏZETİ FƏALİYYƏTİNİ BƏRPA EDİR

   
05/11 12:17 NORVEÇ TELEVİZİYASI AZƏRBAYCANDA DEMOKRATİYANIN DURUMU İLƏ BAĞLI FİL GÖSTƏRİB
3